OYNAQDAXİLİ İNYEKSİYA – YERLİ (LOKAL) MÜALİCƏ
Oynaqdaxili İnyeksiya – Yerli (Lokal) müalicə dedikdə, oynaqdaxili və oynaqətrafı yumşaq toxumaların müxtəlif dərman preparatları ilə müalicəsi gündəmə gəlir.
OYNAQDAXİLİ LOKAL MÜALİCƏ 2-QRUP PREPARATLARLA APARILIR:
I. KORTİKOSTEROİDLİ PREPARATLARLA aparılan oynaqdaxili müalicə
OYNAQDAXİLİ İNYEKSİYA – YERLİ (LOKAL) MÜALİCƏ – revmatik xəstəliklərin müalicəsində köməkçi müalicə üsulu olub, 50-70% xəstələrdə ambulator şəraitində aparılır.
Qlyukokortikosteroidlərin lokal terapiyası dayaq-hərəkət aparatınınn müalicəsində ən effektli üsullardan biridir. Artıq 50 ildən çoxdur ki, praktik səhiyyədə
istifadə olunur və hal hazırda revmatik xəstəliklərin kompleks müalicəsinin ayrılmaz tərkib hissəsidir.
Dr.Hollanderin Revmatoidli Artritli xəstələrə hidrokortizon asetat kristalları məhlulunun ilk dəfə oynaqdaxili yeridilməsi təklifindən 50 il keçməsinə baxmayaraq, bu müalicə üsulu bu gün də öz aktuallığını saxlamaqdadır. Oynaqdaxili inyeksiyanın aparılma şərtləri SSRİ Səhiyyə Nazirliyinin 16 aprel 1984 il tarixli əmri ilə güvvəyə minmiş və bu günə qədər icra olunur.
Kortikosteroidlərin oynaqdaxili yeridilməsində əsas məqsəd, zədələnmiş oynaq və oynaqətrafı yumşaq toxumalarda (oynağın sinovial qişası, bursit, entezit, əzələ-vətər-bağ aparatı və s.) iltihabi prosesin tez söndürülməsinə yönəlir. Bu üsulda preparatın rezorbsiyası minimuma bərabərdir(lakin,”o” bərabər deyil) və müvafiq qaydalara riayət etməklə, kortikosteroidlərin xoşagəlməz sistemli təsirindən qaçmaq imkanı verir.
Hal-hazırda oynaqdaxili və ya oynaqətrafı yumşaq toxumalara kortikosteroidlərin yeridilməsi praktikası həkim-revmatoloqun əsas işi hesab olunur.
Oynaqların qeyri infeksion iltihabi xəstəliklərində müalicəvi effektin alınması sürətinə görə, oynaqdaxili müalicə üsulunun konkurenti yoxdur. Bu cür müalicə üsulunun texnologiyasına yiyələnən hər bir revmatoloqa oynaq xəstəliklərinin müalicəsində geniş və yeni imkanlar yaradır. Qeyd etmək lazımdır ki, hal-hazırda praktik təbabətdə geniş istifadə olunan oynaqdaxili lokal terapiya üsulu, revmatik xəstəliklərin kompleks müalicəsinin ayrılmaz tərkib hissəsi sayılır.
Kortikosteroidlərin lokal yeridilməsinin effektivliyi və təhlükəsizliyi bir neçə amildən asılıdır:
– Diaqnozun dürüstlüyü və topikliyi
– Proseduranın düzgün aparılması
– Adekvat preparatın seçilməsi və dozası
– İnyeksiyaların sayı və inyeksiyaarası interval
– Əməliyyat otağında aseptik qaydalara riayət olunması
Qlyukokortikosteroidli preparatların oynaqdaxili və oynaqətrafı toxumalara yeridilməsinə göstəriş:
- Aktiv artrit, xüsusilə, oynaq boşluğuna maye yığılması (Revmatoidli artrit, Psoriatik artrit, Ankilozlaşdırıcı spondiloartrit, Reaktiv artrit )
- Müxtəlif səbəbli Reaktiv sinovit (Podaqra, Osteoartroz, Travma)
- Qeyriinfeksion mənşəli Tendovaginit, Bursit, Entezit (Kürək-çiyin periartriti, Troxanterit, Axil vətərinin tendiniti, bursiti, Beyker kistası, Dirsək bursiti, Karpal kanal sindromu)
Əks göstəriş :
1. Mütləq əks göstərişlər:
- İnfeksion (septic) mənşəli öynaq xəstəlikləri
- Patoloji qanaxma
- Oynaqlarda iltihab əlamətlərinin olmaması (məs.sinovit əlamətləri olmayan osteoartroz)
- Oynaqların həddindən artıq deformasiyası, sümük destruksiyası (ankiloz), oynaqların stabilliyinin pozulması
- Aseptik nekroz, osteoporozun terminal mərhələsi, oynaqdaxili sümük sınıqları
2. Nisbi əks göstərişlər:
- Xəstənin ümumi vəziyyətinin ağır olması
- Son 10 gün müddətində aparılan iki oynaqdaxili inyeksiyanın effektsiz təsiri
Lokal Terapiyada istifadə olunan qlyukokortikosteroidli preparatlar:
Qeyd: Preparatın seçilməsində onun individual xüsusiyyətlərini mütləq nəzərə almaq və yarana biləcək yan təsir haqqında xəstəni əvvəlcədən məlumatlandırmaq lazımdır!
Bu cür prosedurların aparılması zamanı, riayət olunması vacib olan bir sıra qaydalar mövcuddur. Bu qaydalar klinik təcrübənin əsasında formalaşıb və bir tərəfdən bu manipulyasiyanın texniki detallarını, digər tərəfdən isə müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentlərdə onun istifadəsinin klinik prinsiplərini nizamlayır. Bu tövsiyələrin yerinə yetirilməsi praktiki olaraq xəstəni mövcud ola biləcək mühüm ağırlaşma riskinə məruz qoymayaraq, müsbət nəticələr əldə etməyə kömək edir.
Qeyd etmək lazımdır ki, oynaqdaxili inyeksiyanı yalnız və yalnız bu proseduranı aparmaq üçün xüsusi sertifikatı olan həkim-revmatoloq və travmatoloq aparmalıdır.
II. XONDROPROTEKTOR PREPARATLARLA aparılan oynaqdaxili müalicə
Xondroprotektor preparatlarla aparılan oynaqdaxili lokal inyeksiya-kortikosteroidlərlə oynaqdaxili müalicəyə alternativ təhlükəsiz müalicə üsulu olub, kliniki təsirinə görə ondan geri qalmayan, ancaq, kliniki effektinin uzunmüddətli olması ilə özünü daha aydın şəkildə biruzə verir.
XX əsrin ortalarında oynaq ağrılarını azaltmaq və hərəkət funksiyasını yaxşılaşdırmaq üçün “oynağın yağlanmasını” stimullaşdırmaq məqsədi ilə, intraartikulyar inyeksiya cəhdləri həyata keçirilmişdir. 1945-ci ildə Kibler və Schimmer, 1948-ci ildə isə Kron, natrium bikarbonatın toxumatonik məhlulu olan seqmentan maddəsini təklif etdilər. 1953-cü ildə Schubert 0,05 – 0,1%-li asetilxolinin oynaqdaxilinə yeridilməsini təklif etdi. 1958-ci ildə P.Berenyi və G. Szentpetery 31 nəfər qono- və koksartrozlu xəstənin oynaqdaxilinə 4-6ml steril balıq yağının inyeksiya olunması xəbərini bildirdilər. İnyeksiyalardan sonra oynaqlarda yerli hiperemiya və sinovit əlamətli aseptik iltihab proseslləri baş verdi. Lakin, belə reaksiyalara baxmayaraq, bu inyeksiyaların müəllifləri oynaqlarda hərəkətliliyin artması və ağrıların azalması əlamətləri kimi yaxşı nəticələr əldə etdilər.
Daha sonralar, farmasevtik sənayenin yüksək sürətlə inkişaf etməsi ilə əlaqədar olaraq, oynaqların sinovial mayesinə oxşar olan Hialuron turşusu istehsal olunmaqa başladı. Hialuron turşusu glükozaminoglükonat sinfindən olan təbii və mürəkkəb polisaxarid olub, oynağın sinovial mayesində olur. Bütün sinovial oynaqlarda qatıelastikli hialuron turşusu tərkibli sinovial maye olur. Sinovia maye, özünün yağlayıcı və zərbəyədavamlı xüsusiyyətlərinə görə, oynaqlarda normal, ağrısız hərəkətləri təmin edir ki, bu da artıqyükgötürmə qabiliyyətinə malik olan dayaq oynaqları üçün böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, sinovial maye oynaq qığırdağının qidalanmasını təmin edir. Oynaqların degenerativ xəstəliklərində (Osteoartroz) sinovial mayenin qatıelastikliliyi əhəmiyyətli dərəcədə azalır ki, bu da öz növbəsində oynaqların yağlayıcı və zərbəyədavamlılıq funksiyalarına mənfi təsir göstərir. Nəticədə, oynaq qığırdağına mexaniki yüklənmə artır ki, bu da qığırdağın dağılmasına səbəb olur və oynaqda ağrı və hərəkət məhdudluğu baş verir. Yüksəktəmizlikli hialuron turşusunun oynaqdaxilinə yeridilməsi, sinovial mayenin qatıelastiklik xüsusiyyətlərinin artmasına şərait yaradır. Bu isə öz növbəsində sinovial mayenin yağlayıcı və zərbəyədavamlılıq funksiyalarını yaxşılaşdırmaqla, zədələnmiş oynağa mexaniki yüklənməni azaldır. Nəticədə, oynaqda ağrının azalmasına və hərəkət amplitudasının genişlənməsinə səbəb olur ki, bu əlamətlər də müalicədən sonra uzun müddət saxlanılır.
Hal-hazırda revmatoloji praktikada oynaqların ən çox yayılmış degenerativ xəstəliyi olan osteoartrozun oynaqdaxili yerli müalicəsində hialuron turşusu tərkibli müxtəlif preparatlar istifadə olunur( OSTENİL, HYALUBRIX, SYNVISK, CURAVISC, DUROLANE, FERMATRON, GO-ON, HIALUX və s.). Bu preparatlar tərkibinə, mənşəyinə, dozasına, konsentrasiya və həcminə, orijinallığına, molekulyar çəkisinə, sterilləşdirmə üsuluna görə, tərkibindəki əlavə fəal inqridientlərə görə, effektivliyinə və yan təsirinə görə bir-birindən fərqlənirlər.
Hialuron turşusundan olan məhsulların istehsalı üzrə Avropa lideri sayılan – TRB CHEMEDİCA firmasının (Almaniya/İsveçrə) hazırladığı Ostenil® preparatı optimal molekulyar çəkiyə və konsentrasiyaya malik hialuron turşusudur. Bu 2 faktor preparatın maksimal terapevtik təsirinə, ikiqat sterillik isə təmizliyin ən yüksək dərəcəsinə zəmanət verir.
OSTENİL® – yüksəktəmizlikli nativ hialuron natriumun ən axırıncı innovasion şəffaf məhlulu olub, fermentativ üsulla alınır və tərkibində heyvan mənşəli zülallar yoxdur. OSTENİL® tərkibində olan mannitol sərbəst radikalların aktivliyini azaldaraq, hialuronat natriumun molekulyar quruluşunun stabilliyini təmin edir. OSTENİL preparatının yüksək təhlükəsizliyi biolojiuzlaşma təcrübə sınaqlarında təsdiq olunmuşdur.
Xəstələrin Ostenil® preparatına yüksək vurğunluğu və satış templərinin daimi və stabil artımı onun təkcə ən yüksək Avropa standartlarına cavab verməsi ilə müəyyən edilmir. Bu gün, Ostenil® hialuron turşusu inyeksiyaları arasında daha əlçatan qiymətə malik preparatdır. Ona görə, ekonomik nöqteyi-nəzərdən osteoartrozlu xəstələr üçün əvvəllər əlçatmaz olan müalicə metodu, bu gün, effektli lokal terapiya almaq imkanı qazanır.
Ostenil® – Rusiya Tibb Elmlər Akademiyasının Elmi Tədqiqat Revmatologiya İnstitutunun ekspert qrupu tərəfindən OSTEOARTROZUN lokal terapiyası standartlarına daxil edilmişdir.
Ostenil preparatı 3 buraxılış formasında istifadə olunur:
- Ostenil Mini– Steril qutuda və steril şprisə doldurulmuş 10,0 mg/1,0ml OSTENİL® mini olur.Əsasən, kiçik oynaqlar üçün istifadə olunur. Müalicə kursu həftədə 1-inyeksiya olmaqla 5-inyeksiyadan ibarətdir.
- Ostenil Steril qutuda və steril şprisə doldurulmuş 20,0 mg/2,0ml OSTENİL® olur. Orta və iri oynaqlar üçün istifadə olunur. Müalicə kursu həftədə 1-inyeksiya olmaqla 3-inyeksiyadan ibarətdir.
- Ostenil®Plus – 40mq/2ml hialuronat natrium . Orta və iri oynaqlar üçün istifadə olunur.
Oynaqdaxili inyeksiyalar üçün / Qatı-elastik steril implantat Periferik oynaqların Osteoartrozunun I-III dərəcəsində bir inyeksiyalıq terapiya üçün tətbiq edilir.Ostenil®Plus – Yüksək terapevtik effektə malik uğurlu Innovasion Chondroprotector olub, strukturuna görə təbii sinovial mayeyə oxşar preparatdır.
Ostenil®Plus – TRB CHEMEDİCA şirkətindən olan son nəsil innovasion preparatdır. Periferik oynaqların birdəfəlik inyeksiya ilə local terapiyası üçün hazırlanıb. Bu mütəxəssislərin və xəstələrin uzun müddət gözlədiyi və nəhayət ki, əldə etdikləri preparatdır.
Ostenil®Plus – Özünəməxsus xüsusiyyətləri – HT – nun y ü k s ə k k o n s e n t r a s i y a s ı (2%) və m a n n i t o l u n (0,5%) birgə təsiri ilə səciyyələnir. M a n n i t o l – sərbəst radikalları udaraq HT (ekzogen və endogen) vaxtından əvvəl məhv olmaqdan qoruyan “GÜLLƏKEÇİRMƏZ JİLET” rolunu oynayır. Bu da öz növbəsində, HT – nun oynaq boşluğundakı həyatının uzadılması, daha tez və güclü cavab reaksiyasını təmin edir – oynaqlarda Reaktiv sintez olunan endogen HT-un maksimal səviyyəsi Ostenil® plus preparatının cəmi 1 inyeksiyasının 6 – 12 aylıq müalicəvi effektini təmin edir.
Ostenil®Plus – Strukturuna görə təbii sinovial mayeyə oxşar preparatdır.
Ostenil®Plusda – olan HT, xüsusi olaraq kimyəvi və digər üsulla modifikasiya edilməyib, strukturunda hər hansi bir süni əlaqələrə malik deyil, deməli, orqanizmdəki təbii HT – dan fərqlənmir. Molekulyar çəkisi 1,4-1,7MDa. (Alman dəqiqliyi ilə) hərtərəfli yoxlanıb və yeni innovasion metodla əldə edilib. Hipoallergen substansiyası – bakterial fermentasiyanın köməyi ilə alınıb.
Ostenil®Plus – inyeksiyaları ağrısızdır və inyeksiyadan sonra yataq rejimində olmağa ehtiyac duyulmur.
Ostenil®Plus – xüsusi genişdiametrli (0,8mm) və 40 mm uzunluğu olan iynələr (diz oynaqları üçün) və 70mm (bud-çanaq oynaqları üçün) iynələr vasitəsilə tətbiq edilməsi, xəstələrin maksimum rahatlığını təmin edir.
Ostenil®Plus – unikal formulası HT –nun miqdarının (bahalı substansiyadır) və dozasının azaldılmasına imkan verir. Bu isə Ostenilə osteoartrozun 1-inyeksiya müalicəsi üçün işlədilən digər analoji preparatlardan qiymətinə görə (⅓) kifayət qədər fərqlənməsinə zəmanət verir. Qeyd etmək lazımdır ki,oynaqdaxili inyeksiyalar yalnız və yalnız bu proseduranı aparmaq üçün xüsusi sertifikatı olan həkim-revmatoloq və travmatoloqlar tərəfindən icra oluna bilər.