AYAN KLİNİKASI  – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 071264 saylı lisenziyası əsasında 19.07.2011-ci ildən fəaliyyət göstərir.

AYAN KLİNİKASI-nın nəzdində professional tibb mütəxəssisləri tərəfindən Azərbaycanda ilk dəfə olaraq tam ixtisaslaşmış iki mərkəz fəaliyyət göstərir:

  •  Revmatoloji Bərpa Mərkəzi
  • Prostat Reabilitasiya Mərkəzi

“AYAN KLİNİKASININ – REVMATOLOJİ BƏRPA MƏRKƏZİ” (RBM)

“Revmatoloji Bərpa Mərkəzində” (RBM) professor NADİR HÜSEYNOVUN rəhbərliyi ilə ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən dünyada tətbiq olunan ən qabaqcıl və müasir metodlarla, ən mürəkkəb və problemli bütün revmatoloji xəstəliklərin diaqnostikası, kompleks müalicəsi, profilaktika, reabilitasiya tədbirləri həyata kecirilir. Revmatoloji Bərpa Mərkəzində bütün növ revmatoloji proseduralar həyata keçirilir. Oynaqların və oynaqətraflı toxumaların punsksiyası, oynaqlardan mayenin çəkilməsi, oynaqların irriqasiyası və dərman maddəsinin yeridilməsi, oynaqların lokal müalicəsi (oynaqdaxili kortikosteroid və  xondroprotektortoların yeridilməsi),onurğa sütununda  paravertebral oynaqların punksiyası və dərman maddəsinin yeridilməsi, oynaqların lazer şüaları ilə müalicəsi, AZƏRBAYCANDA İLK DƏFƏ OLARAQ ambulator şəraitdə, qeyri-invaziv üsülla, heç bir yan təsir olmadan,  anesteziya tələb olunmadan, təhlükəsiz metodla qısa zamanda geniş proqrama əsasən effektli müaliçə ilə ixtisaslaşdırılmış qrup tərəfindən UNİKAL ŞOK-MED CİHAZI İLƏ müalicə aparılır!!!  S H O C K – M E D

Bununla yanaşı, xüsusi müalicə üsulları olan PULS-TERAPİYASİSTEMLİ ENZİMOTERAPİYA, ozonoterapiya, fizioterapiya, masaj və s.proseduraları həyata keçirilir.

  “Bizimlə əmin addımlayın….” 

 “AYAN” klinikasının RBM-də RX-nın kompleks diaqnostikası və müalicəsi üçün bütün imkanlar mövcuddur.

Təcrübəli həkim-revmatoloqlar SİZİN sağlamlığınızın təminatı üçün müasir texnologiya və effektli preparatlardan ( o cümlədən, xondroprotektor preparatların son nəsil nümayəndəsi-“OSTENİL”, “DUROLİNE”, “FERMATRON” ,”HYALUBRİX” və s.) istifadə edirlər.

Bizim həkimlər oynaq ağrılarını yüngülləşdirmək və xəstəliyin davamlı remissiyasına nail olmağı yaxşı bacarırlar.  Əksər hallarda, oynaq daxilinə bir inyeksiya etmək və ya düzgün konservativ müalicə təyin etmək kifayət edir.

“AYAN” klinikasının RBM-də  aşağıda göstərilən RX-in tam diaqnostikası və kompleks müalicəsi aparılır:

Revmatizm, Revmatoidli Artrit, Ankilozedici Spondiloartrit (Bexterev xəstəliyi) Reaktiv Artrit, Osteoartroz, Podaqra, Osteoporoz, Sistemli Revmatik Xəstəlikləri (Qırmızı Qurd Eşənəyi, Sklerodermiya, Dermatomiozit/Polimiozit,  Şeqren xəstəliyi), Vaskulitlər(Hemorraqik Vaskulit, Veqener qranulematozu, Düyünlü poliarteriit, Çarq-Strauss vaskuliti, mikroskopik polianqiit, Takayasu xəstəliyi (qeyrispesifik aortaarteriit), Xorton xəstəliyi (gicgah arteriiti), Reyno Sindromu, Bursit, Şpor və s.

Oynaqlarin ultrasəs müayinəsini Kanadadan gəlmiş həkim-radioloq Eldar Siracov aparır.

Siz, “AYAN” klinikasında aşağıdakı USM MÜAYİNƏ xidmətlərindən keçə bilərsiniz:

Sümük-oynaq-əzələ-bağ aparatı, Diz oynağı, Bud-çanaq oynağı, Dirsək oynağı, Çiyin oynağı, Akromial-körpücük sümüyü oynağı, Aşıq-daban və pəncə oynaqları, Əl-daraq və mil-bilək oynaqları, Onurqa sütununun bütün seqmentləri, digər orqan və sistemlər.

 AYAN Klinikasının LABORATORİYASINDA  müvafiq müayinələrin geniş spektrdə analizi aparılır.

“AYAN KLİNİKASININ -PROSTAT REABİLİTASİYA MƏRKƏZİ”(PRM)

Prostat Xəstəlikləri Üzrə İxtisaslaşdırılmış bu mərkəzdə  Türkiyədən dəvət olunan və yerli mütəxəssislər tərəfindən prostatın bütün xəstəliklərinin erkən diaqnostikası, konservativ müalicəsi , LAZER cihazlarıyla reabilitasiyası ve endoskopik cərrahiyyəsi aparılır.

“Prostat Reabilitasiya Mərkəzində”  eyni zamanda XX əsrin ən problemli xəstəliklərindən olan “cinsi zəyifliyin”, “cinsi akt zamanı erkən boşalmanın”  müasir diaqnostikasıyla bərabər,  konservativ və cərrahi müalicəsi aparılır.

Mərkəzin nəzdində iki laboratoriya fəaliyyət göstərir :

  • Androloji laboratoriya
  • Neyrourologiya və urodinamiya klinik laboratoriya

Neyrourologiya və urodinamiya klinik laboratoriyasinda “SİDİK QAÇIRMA” xəstəliyinin tam təşəkküllü diaqnostikası, müalicəsi və reabilitasiyası Türkiyədən dəvət olunan bu sahənin mütəxəssisləri tərəfindən həyata keçirilir.

“Bizimlə cavanlaşın….” 

 

AYAN klinikasının yüksək ixtisaslı digər həkimləri-kardioloq, nevroloq, qastroenteroloq, terapevt və s.respublika əhalisinə müvafiq xidmət göstərirlər. Ehtiyac olunarsa, xəstəyə gündüz stasionarı şəraitində fizioterapiya, massaj, müalicə gimnastikası, manual terapiya, ozonoterapiya, iynəbatırma və s. təyin olunur.

Sizi maraqlandıran suallar üçün bu telefona zəng edə bilərsiniz:

Tel.:  012- 465 9445

“AYAN”klinikasının operatorları Sizi maraqlandıran suallara cavab verə bilərlər!

Eləcə də Siz aşağıda göstərilən formaya uyğun olaraq həkimə sual verə bilər, qəbula yazıla bilərsiniz, eyni zamanda, Sizə telefon zəngi sifarişi edə bilərsiniz. Xəstəliyinizlə əlaqədar olaraq Bizə sual verin və qısa müddətdə Sizinlə telefon əlaqəsi yaradılacaqdır.

 

“AYAN” klinikasında respublika sakinlərinə yeni xidmət təklif etməyimizdən qürur duyuruq!