Revmatik xəstəliklərin müasir kompleks antirevmatik müalicəsi əsas xəstəliyin patogenetik nöqtələrinə, o cümlədən iltihab və immunoloji mexanizmə təsir göstərir. Ancaq, əldə olan antirevmatik preparatlar tələb olunan tələbatlara tam cavab vermir: bir tərəfdən onların kifayət qədər effektli olmaması, digər tərəfdən isə, xoşagəlməz əlavə yan təsir göstərməsidir. 
Revmatik xəstəliklərin (Revmatoidli Artrit, Qırmızı Qurd Eşənəyi) müalicəsində yüksək effektiv təsirə malik olan Bazis preparatları arasında Sitostatiklər (Metothrexat, Xlorbutin, Siklofosfan, Azatiopirin və s.) xüsusi çəkiyə malikdir. 
Onlar aydın immunosupressiv təsir göstərərək, xəstəliyin gedişinə nəzarət edir. Sitostatik preparatları ya monoterapiya və ya müxtəlif preparatlarla (kortikosteroidlərlə) kompleks şəklində istifadə etmək olar. Eyni zamanda, immuniltihabı prosesin yüksək aktivlik dərəcəsində, ya monoterapiya və ya kortikostroidlərin yüksək dozası ilə – puls – terapiya şəklində təyin olunur. 
Eyni zamanda, revmatik xəstəliklərdə geniş işlədilən bazis müalicəsi müəyyən risklər törətdiyinə görə məhdud şəkildə istifadə olunur: mielosupressiya, mədə-bağırsaq, böyrək sistemi tərəfindən olan dəyişikliklər, iltihabəleyhinə göstərdiyi təsirin gec və kifayət qədər olmaması, bir sıra hallarda remissiya əmələ gətirə bilməməsi, onkoloji xəstəliklərin əmələgəlmə riski və s. Revmatik xəstələrin əksəriyyətinə, patogenetik müliacəni uzun müddət və sistematik qəbul etmələri məsləhət görülür. 
Belə bir şəraitdə, immunopatoloji prosesin müxtəlif şaxələrinə kompleks təsir göstərən və eyni zamanda, xoşagəlməz əlavə yan minimal təsir göstərmək qabiliyyətinə malik olan preparatlara, xüsusi ehtiyac duyulur. Belə bir tələbat, Revmatik xəstəliklərin müalicəsində yeni müalicə üsulunun və preparatların axtarılmasına səbəb olur. 
Bununla əlaqədar olaraq, Sistemli Enzimoterapiya (SET) preparatlarının (Vobenzim, Flogenzim) qəbul edilməsi perspektivli görünə bilər: iltihabəleyhinə və immunomodulyator təsiri birgə icra etmə qabiliyyəti və eyni zamanda, əlavə yan təsir göstərməməsi. 
Revmatik xəsətliklərin (Revmatoidli Artrit, Osteoartroz, Ankilozedici Spondyloartrit, yumşaq toxumanın xəsətlikləri və s.) müalicəsində Sistemli Enzimoterapiyanın terapevtik effektivliyi bir çox klinik müayinələrin nəticələrinə əsasən sübut olunmuşdur.
Revmatoidli Artritdə Vobenzimin uzun müddət (12 ay), fasiləsiz qəbulunun effektivliyi, bazis preparatı olan qızılın (krizanol) terapevtik effektivliyinə bərabər olduğuna görə, Vobenzimin bazis təsirə malik olma ehtimalı haqqında düşünmək olar. 
Enzim preparatlarının Ankilozedici Spondyloartritdə (Bexterev xəstəliyi) bir sıra parametrlərə görə, indometasindən daha effektli olması göstərilir.
Osteoartrozlu (xüsusilə ikincili sinovitlə), periartrit, miozit, epikondilit və s. ilə olan xəstələrə Vobenzim təyini, kliniki yaxşılaşmaya səbəb olur. 
Müxtəlif etiologiyalı və güclü ağrı sindromu ilə müşayiət olunan aktiv iltihabı proseslərdə, Vobenzimin 8-10 həb dozada gündə 3 dəfə qəbulu məsləhət görülür. Xəstəliyin aktivlik dərəcəsi azaldıqda, 5 həb x 3 dəfə – stabilləşdirici doza təyin olunur. 
Enzim preparatlarının, pilləli şəkildə təyini zamanı, daha effektli təsirə malik olması haqqında müəyyən məlumatlar var. Belə ki, xəstəliyin yüksək kliniki – immunoloji aktivliyi dövründə, 3-4 həftə müddətində 3 həb x 2 dəfə dozada Flogenzim təyin edib, sonra Vobenzimin qəbuluna keçmək məsləhət görülür.

Müalicə sxemi:

Xəstəliyin yüksək aktivlik dərəcəsində Vobenzim 10 həb x 3 dəfə – 1-2 ay, sonra 5-7 həb x 3 dəfə – 1 il və daha uzun müddət təyin olunur. Enzim preparatlarla müalicə fonunda, kliniki-laborator aktivliyin göstəricilərinin, daha tez bir zamanda, enməsi müşayiət olunur. Bəzi hallarda isə, iltihabəleyhinə steroidli- və qeyri-steroidli preparatların, sitostatiklərin və s. dozasını azaltmağa və onların qəbulunun xəstələr tərəfindən yaxşı keçirilməsinə müvəffəq olmaq olur. 
Bəzi hallarda, iltihabəleyhinə qeyri-steroidli və bazis preparatları qəbul edən xəstələrin müalicə kompleksinəVobenzimin əlavə edilməsi, sitostatiklərin dozasının 30-50% azaldılmasına imkan verir ki, bu da xoşagəlməz yan təsirlərin profilaktikası üçün böyük nəaliyyət hesab olunur. 
Bexterev xəstəliyinin yüksək aktivlik dərəcəsində və güclü ağrı sindromunda, Vobenzim 8-10 həb x 3 dəfə dozada iltihabəleyhinə preparatlarla (İndometasin) birgə kombinasiyada (ağrını daha tez kəsmək üçün) təyin edilməsi məsləhət görülür. Preparatın dozası 3-6 ay müddətində saxlanıla bilər və yaxşılaşma nəzərə çarpan kimi, stabilləşdirici dozaya 3-5 həb x 3 dəfə keçmək olar.
Osteoartrozlu xəstələrdə (ikincili sinovitlə) Vobenzim 7-10 həb x 3 dəfə – uzun müddət (6 aya qədər və daha uzun müddət) təyin olunur və tədricən stabilləşdirici dozaya (gündə 12-15 həb) keçilir.
Reaktiv Artritli xəstələrin rezistent və residiv gedişli formalarında Vobenzim kompleks müalicəyə (antibakterial və iltihabəleyhinə) əlavə olunur ki, bu da aparılan müalicənin effektini aydın şəkildə artırır. Vobenzim 5 həb x 3 dəfə – 3-4 həftə müddətində təyin edilir. 
Qeyd etmək lazımdır ki, Revmatik xəstəliklərin Sistemli Enzimoterapiya preparatları ilə müalicə müddəti, individual qaydada təyin olunur. Xoşagəlməz əlavə yan təsirinin olmamasını və xəstələr tərəfindən qəbulun yaxşı keçirilməsini, eyni zamanda, sitostatik preparatların qəbulunu yaxşılaşdırmaq xüsusiyyətlərini nəzərə alıb, preparatın uzun müddət (12 ay və daha uzun müddət) qəbulu məsləhət görülür.